Yeni mövsümə Avstriyada hazırlaşan "Qarabağ"ın yoxlama görüşlərində sonuncu rəqibləri müəyyənləşib. Qurban Qurbanovun komandası iyulun 16-da Xorvatiya təmsilçisi “Slaven Belupo" ilə qarşılaşaaq. Ağdam klubu Tirol bölgəsindəki hazırlığı Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şabab” komandasına qarşı matçla yekunlaşdıracaq.
Xatırkadaq ki, "Qarabağ" toplanış çərçivəsində Almaniyanın “Kayzerslautern” klubuna 1:3 hesabı ilə məğlub olub, Çexiya “Viktoriya”sına isə 2:1 hesabı ilə qalib gəlib.